İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ağ Evdə İlham Əliyev və Nikol Paşinyanla görüşündən video paylaşdı

ABŞ prezidenti Donald Tramp Truth Social hesabında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla Ağ Evdə görüşündən video yerləşdirib.

Musavat.com xəbər verir ki, video Oval kabinetdəki görüşdən, üç liderin Ağ Evin ətrafında gəzişməsindən və Trampın Cənubi Qafqazda sülhün bərqərar olunmasına verdiyi töhfənin əhəmiyyəti ilə bağlı bəyanatlarından ibarət kadrların birləşməsidir.

Video ABŞ prezidentinin “Ermənistan və Azərbaycan arasında keçirilən bu tarixi sülh sammiti üçün hər kəsi Ağ Evdə salamlamaqdan şərəf duyuram” deməsi ilə başlayır.

Bunun ardınca prezident İlham Əliyevin bəyanatı gəlir: "Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq. Qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik".

Sonra növbə Nikol Paşinyana gəlir: “Bugünkü böyük nailiyyət Sizin qlobal liderliyinizə və dünya miqyasında dövlət xadimi və sülhməramlı irsinizə daha bir sübutdur”.

Video Donald Trampın "Bu, həqiqətən də böyük nailiyyətdir. Prezident kimi mənim ən böyük ambisiyam dünyaya sülh və sabitlik gətirməkdir" sözləri ilə bitir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR