İnsanlara hürriyət, millətlərə istiqlal!

Dmitri Qordon: “Azərbaycan və Ermənistanın Rusiyaya son vidalaşması baş verdi” - VİDEO

Musavat.com xəbər verir ki, Ukraynanın tanınmış jurnalisti, ölkə müqavimətinin simvollarından biri olan Dmitri Qordon “Прощай, немытая Россия” ifadəsi ilə Cənubi Qafqazda yeni mərhələnin başlandığını bəyan edib.

O, Vasili Qolovanovla müsahibəsində bildirib ki, Azərbaycan və Ermənistanın Sovet keçmişi və Rusiyadan qopması artıq reallığa çevrilib.

Qordon vurğulayıb ki, ABŞ bölgədə təşəbbüsü tam ələ alıb və ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə gündəmə gələn Zəngəzur dəhlizi indi “Azərbaycanla Ermənistan arasında dostluq dəhlizi” olacaq:

“Bu dəhliz artıq ticarət dəhlizi, pul dəhlizi olacaq. Mən sadəcə xoşbəxtəm ki, nəhayət bu xalqlar qardaş qırğınına son qoydu. Nəhayət dostluq, inkişaf və rifah dövrü başlayır.”

Jurnalist bu prosesi Azərbaycanın və Ermənistanın rifahı üçün tarixi dönüş nöqtəsi kimi qiymətləndirib.

Qordonun bu çıxışının video versiyası da mövcuddur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR