İnsanlara hürriyət, millətlərə istiqlal!

Antalya Böyükşəhər Bələdiyyəsində kütləvi həbslər

Antalya Baş Prokurorluğunun apardığı rüşvət və korrupsiya istintaqı çərçivəsində bələdiyyə tenderləri üzərindən 195 milyon TL-lik (təxminən 4 milyon 788 min dollar) rüşvət mexanizminin üzə çıxdığı qeyd olunur.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Sabah” qəzeti məlumat yayıb.

İddialara görə, bələdiyyədən tender alan dörd iş adamı – A.A., B.Ç., M.Y. və Y.Y. –ödənişlərini almaq üçün Antalya Böyükşəhər Bələdiyyə başçısı Muhittin Böcekə ümumilikdə 195 milyon TL rüşvət verib.

Pulların bir hissəsinin Finikedəki valyuta hesabına yatırıldığı, digər hissəsinin isə əlbəəl ötürüldüyü müəyyən edilib.

İstintaqa görə, vəsaitlər valyuta məntəqəsi və əlaqəli zərgərlər vasitəsilə altına çevrilərək gizli saxlanıb, həmçinin saxta əməliyyatlarla lüks avtomobil alışında istifadə olunub. Transferlər 55 milyon TL, 80 milyon TL, 25 milyon TL və 35 milyon TL məbləğlərdə həyata keçirilib.

Bəzi şübhəlilər ifadələrində rüşvətlərin ərazi və tikinti icazələri kimi məsələlərdə “münasibət qurmaq” məqsədilə verildiyini təsdiqləyib. İstintaq çərçivəsində 1 valyuta məntəqəsi və 2 zərgər mağazasına qəyyum təyin edilməsi tələb olunub.

Qeyd edək ki, əməliyyatlarda 17 nəfər saxlanılıb və Muhittin Böcek, oğlu və keçmiş gəlini də iddialarda adları çəkilən şəxslər arasındadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR