İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın keçmiş naziri sülh dövründən danışdı

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra real nəticələr üçün hələ tez olduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Onun sözlərinə görə, sülh bəyannaməsində yazılanların ön xətdə reallaşması, sərhədlərin dəqiq və etibarlı şəkildə müəyyənləşdirilməsi vacibdir:

“Ancaq bundan sonra real irəliləyişdən danışmaq olar”.

Tonoyan “Tramp yolu” adlandırılan layihənin gözlənilməz olduğunu etiraf edib:

“Mənim təsəvvürümdə 9 noyabr razılaşmalarında yazılanlar vardı. İndi vəziyyət dəyişib və mövcud hakimiyyət bu cür kompromislərə getməyə məcburdur”.

O, layihə ilə bağlı dəqiq detalların hələ bəlli olmadığını vurğulayıb:

“Bu yol haradan keçəcək, hansı ölkələr iştirak edəcək, kim investisiya qoyacaq – bunlar aydın deyil”.

“Dünyanın kəsişməsi” adlı hökumət layihəsinə inamının olub-olmaması ilə bağlı suala cavabında Tonoyan sovet dövründə bu yolların işlədiyini və ya qismən fəaliyyət göstərdiyini xatırladıb.

Hakimiyyətə inam məsələsində isə bunları söyləyib:

“Bu, inam məsələsidir, amma məndə o yoxdur. Başıma gələnlərdən sonra indiki hakimiyyətə etibarım yoxdur”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR