İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tramp-Putin görüşü Arktika ilə məhdudlaşsa...” - İLGİNC PROQNOZ

Ukraynanın tanınmış jurnalisti Dmitri Qordon Donald Tramp və Vladimir Putin arasında mümkün görüş barədə fikirlərini bölüşüb.

Musavat.com “Qordon media”ya istinadən xəbər verir ki, o, bu barədə fikirlərini digər tanınmış jurnalist Vasili Qolovanova verdiyi müsahibədə səsləndirib.

Dmitri Qordonun sözlərinə görə, əgər görüş yalnız ABŞ və Rusiyanın Arktikadakı gələcəyi mövzusu ilə məhdudlaşarsa, bu, diplomatik uğursuzluq kimi qiymətləndiriləcək.

“Tramp, əlbəttə, biznesmen kimi Putinə maliyyə “hədiyyəsi” vermək istəyir. Onlar Alyaskada görüşürlərsə, deməli, söhbət ilk növbədə Arktikadan gedəcək: “Gəl, ikimiz – ABŞ və Rusiya – Arktikada sahiblik edək, digərlərini bir az kənara çəkək, mövqelərimizi gücləndirək”.

Bu, yaxşıdır, amma Putin Ukrayna əraziləri mövzusunda mövqeyindən geri çəkilməsə, görüş yalnız Tramp və Putinin Arktikadakı münasibətlərinə, yəni iki ölkənin Arktikadakı gələcəyinə həsr olunacaq”, - deyə Qordon bildirib.

Onun sözlərinə görə, bu halda Trampın uğurları kölgədə qala bilər:

“Bu, uğursuzluq olar. O zaman belə görünəcək ki, dünyada ən böyük müharibələri sülh istiqamətində həll edən, Hindistan–Pakistan, Tailand–Kamboca, Ermənistan–Azərbaycan, Ruanda–Konqo, hətta İran məsələlərində irəliləyiş əldə edən Donald Tramp əgər Putinlə indi zəiflik göstərsə, bütün əvvəlki nailiyyətlərini puça çıxarmış olacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR