İnsanlara hürriyət, millətlərə istiqlal!

Koreyalı kölələrin Rusiyadakı taleyi

Rusiyaya Şimali Koreyadan gətirilən işçilərin acınacaqlı taleyi ortaya çıxıb.

Musavat.com xəbər verir ki, BBC Rusiyadan qaçan şimali koreyalı işçilərlə söhbətləşib.

Onlar tikinti sahələrində, tikiş fabriklərində, hətta İT mərkəzlərində istismar olunan ağır əməkdən və faktiki qul həyatından danışıblar.

Sayt ekspertinin sözlərinə görə, Kreml getdikcə daha çox KXDR-dən gətirilən işçi qüvvəsinə bel bağlayır:

“Hazırda Rusiyada kəskin işçi çatışmazlığı var, şimali koreyalılar isə ideal həll yoludur – ucuz, zəhmətkeş və problem yaratmırlar”.

“Özümü əmək düşərgəsində – barmaqlıqsız həbsxanada hiss edirdim”, - deyə BBC-yə danışanlardan biri bildirib.

İşçilərin ailələri KXDR-də qalır, qazandıqları pulun böyük hissəsini dövlət götürür, qalan 100–200 dollar isə yalnız vətənə qayıtdıqda verilir ki, qaçışların qarşısı alınsın. 2024-cü ildə Cənubi Koreyaya çata bilənlərin sayı cəmi 10 nəfər olub.

Hamı eyni iş qrafikindən danışır: səhər 6-da qalxmaq, gecə 2-yə qədər işləmək, ildə cəmi iki istirahət günü. Bir fəhlə dövlət təhlükəsizlik agentinin nəzarəti altında işləyib – ona hətta arxaya baxmaq da qadağan olunub.

“Oyanmaq qorxulu idi, çünki eyni günü yenidən yaşamalı olduğumu bilirdim”, - deyə koreyalı fəhlə bildirib.

Şərait həqiqətən dəhşətlidir: işıq sönür, insanlar qaranlıqda, müdafiəsiz işləyir, çirkli konteynerlərdə və ya yarımçıq tikililərin döşəməsində qalırlar, 24 saat nəzarət altındadırlar. Bir fəhlə dörd metrdən yıxılaraq xəsarət alıb, lakin onu xəstəxanaya buraxmayıblar. Yatanlar döyülür, bəzilərinin isə yorğunluqdan əlləri tutulur.

Formal olaraq əksəriyyət tələbə vizası ilə ölkəyə gətirilir – bu yolla sanksiyalardan yan keçilir. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, son bir ildə Rusiyaya 10 mindən çox şimali koreyalı gəlib, ümumi say 50 min nəfəri keçə bilər.

BBC analitikinə görə, bu işçilər Kim Çen In və Vladimir Putinin dostluğunun “uzunmüddətli mirası” olacaq – müharibə bitdikdən və silah tədarükü dayandıqdan sonra belə, onlar Rusiyaya gəlməyə davam edəcəklər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR