Onlayn ictimai-siyasi qəzet
Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası bələdiyyə seçkilərinə bir ay qalmış Ukraynadakı hərbi əməliyyatların dağıntılarından istifadə edərək seçki videosu yayıb.
Musavat.com xəbər verir ki, video avqustun 12-də partiyanın rəsmi "Facebook" səhifəsində paylaşılıb.
Bir dəqiqəlik klipdə sol tərəfdə “Müharibəyə yox” başlığı altında Ukraynada müharibənin yaratdığı dağıntılar, sağ tərəfdə isə “Sülhü seçin!” şüarı ilə Gürcüstanın sülh dolu və sakit görüntüləri əks olunur.
Videoda dağıdılmış evlər, körpülər, məktəblər, kilsələr və münaqişə zamanı həlak olan ukraynalıların kütləvi məzarları göstərilir.
Qeyd edək ki, hakim partiya 2024-cü ilin parlament seçkilərinə hazırlıq zamanı da oxşar addım atmış, bu isə həm ölkədaxili, həm də beynəlxalq tənqidlərə səbəb olmuşdu. Ukrayna Xarici İşlər Nazirliyi də yayılan video ilə bağlı qınama bəyanatı yayıb.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ