Onlayn ictimai-siyasi qəzet
Britaniyanın nüfuzlu “The Times” qəzeti ABŞ prezidenti Donald Trampın təklif etdiyi “ərazilərin mübadiləsi” ideyasına əsaslanaraq, Rusiya və Ukrayna arasında müharibənin dayandırılması üçün dörd potensial sərhəd variantını təqdim edib.
Musavat.com xəbər verir ki, birinci variant – Mövcud döyüş xətti üzrə atəşkəs.
Bu halda tərəflər hazırkı mövqelərdə qalır, Rusiya Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsini nəzarətdə saxlayır, Krım isə Kreml tərəfindən işğal olunmuş olaraq qalır.
İkinci variant – Bütün Donbasın (Luqansk və Donetsk vilayətləri) Rusiyaya keçməsi. Bu ssenariyə görə, Moskva hazırkı cəbhə xəttinə qədər əraziləri alır, Ukrayna isə Xerson və Zaporojyenin qalan hissəsini saxlayır.
Üçüncü variant – Rusiya Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin tam nəzarətini ələ keçirir. Bu halda Ukrayna yalnız Qara dəniz sahilində az miqdarda ərazi saxlayır.
Dördüncü variant – Ərazilərin mübadiləsi. Bu ssenariyə əsasən, Putin bütün Donbası əldə edir, Ukrayna isə bütün Xerson vilayətini geri qaytarır. “The Times” bu seçimin az ehtimal olunduğunu vurğulayır.
Qəzet diqqətə çatdırır ki, Kiyevin əlavə olaraq Sumı, Dnepropetrovsk və Xarkov vilayətlərini və ya onların hissələrini itirməsi variantları indiki mərhələdə nəzərdən keçirilmir.
Musavat.com
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ