İnsanlara hürriyət, millətlərə istiqlal!

Tusk: “Rusiya Ukrayna və Polşanın arasına nifaq salmağa çalışır”

Polşanın baş naziri Donald Tusk Rusiyanı Ukrayna münaqişəsinin sonunda Kiyev və Varşavanın arasına fikir ayrılığı salmağa çalışmaqda ittiham edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində açıqlama verib.
“Ukrayna müharibəsi başa çatdıqda, Rusiya Kiyev və Varşava arasında gərginlik yaratmaq üçün əlindən gələni edir”, - Polşanın baş naziri deyib.

Onun fikrincə, Polşada artan anti-Ukrayna əhval-ruhiyyəsi Putinin və xarici agentlərin ssenarisidir. Tusk Polşa və Ukrayna tarixindəki “unikal münasibətlər tipinin” məhv edilməsinin qarşısını almağa çağırıb.

Daha əvvəl Tusk belaruslu reper Maks Korjun konsertində Ukrayna müqavimətçillərinin bayrağını nümayiş etdirən 60-dan çox adamın Polşadan çıxarılacağını bildirmişdi.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR