İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-la Çin arasında çip davaları – Texnoloji hegemoniyanın döyüşləri qızışır

21-ci əsrin görünməz cəbhəsində yüksək texnoloji çiplərin istehsalı və nəzarəti sahəsində qızğın mübarizə gedir. Bu münaqişə artıq sadə ticarət müharibəsindən çox qlobal güc balansının yenidən qurulması prosesidir. ABŞ və Çin arasındakı bu mübarizə bütün dünyanı, o cümlədən Azərbaycanı da birbaşa təsir edir.

Musavat.com xəbər verir ki, hər ötən gün çiplərdən dolayı illərdir davam edən gizli davalar artıq açıq müstəviyə keçib, daha qızğın şəkil almaqdadır.

Yeni texnologiyaların daha “ağıllı” olmasının əsasını çiplər təşkil edir və yeni gəlişmələr onu deməyə əsas verir ki, çiplər artıq neftdən daha kritik əhəmiyyət kəsb etməyə başlayıb. Onlar olmadan müasir sivilizasiya sıfır nöqtəsinə qədər enə bilər.

İndidən aydındır ki, süni intellekt (AI) çipləri gələcəyin müharibələrində həlledici amil olacaq. Kim bu texnologiyaya sahibdirsə, dünyaya hökm edəcək.

ABŞ-ın çip-lərin Çinə satışına tətbiq etdiyi embarqonun əsas səbəbi də elə budur - Çin ordusunun texnoloji üstünlük əldə etməsinin qarşısını almaq üçün belə bir addım atılıb. Bu, təhlükəsizlik məsələsi ilə yanaşı həm də ABŞ-ın öz texnoloji hegemoniyasını qorumaq istəyinin ifadəsidir. Çin isə artıq “texnoloji müstəqillik” doktrinasını həyata keçirir. Huawei-nin Ascend çipləri bunun ilk nümunələrindən biridir. Lakin Çin hələ də Nvidia və AMD kimi şirkətlərdən asılıdır və bu, onun üçün kritik zəif nöqtədir. Son zamanlar ABŞ hökumətinin qabaqcıl çiplərin Çin bazarına satışından əldə olunan gəlirin 15 faizini ödəmək tələbi beynəlxalq ticarət tarixində misli görünməmiş bir addımdır. ABŞ burada həm şirkətlərindən vergi almaqla yanaşı, onları siyasi alət kimi də istifadə edir. Bu praktikanın gələcəkdə digər sahələrə də yayılması gözlənilir; Apple, Tesla kimi şirkətlər də növbəti hədəflər ola bilər.

ABŞ-ın Çini çiplərlə cilovlamaq istiqamətində atılan addımlar faydasız ola bilər. Çin özünün ilk superkompyuteri olan Milky Way One (Tianhe-1A) 2010-cu ildə istifadəyə verilmişdir. Bu, Çinə dünya superkompüter reytinqlərində yüksək mövqe qazandıran və ölkənin yüksək performanslı hesablama (HPC) sahəsindəki ambisiyalarını nümayiş etdirən tarixi bir addım olub. Çinin Tyanjin şəhərindəki Milli Superkompüter Mərkəzində yerləşən bu superkompyuter maksimum performansı 4.7 petaflop/s və ya saniyədə 4.7 kvadrilyon əməliyyat olub. Bu superkompyuter ABŞ-ın İntel Xeon + NVIDIA GPU texnologiyalarından istifadə edilib. Əsas istifadə sahələri neft və qaz kəşfiyyatı modelləşdirməsi; aerokosmik dizayn analizləri; iqlim dəyişikliyi proqnozlaşdırması; hərbi tədqiqatlar, nüvə simulyasiyaları olub.

Çində 2044-cü ildə istifadəyə verilən və hazırda istifadə edilən superkompüter Sunway - dır.
2020-ci illərdə Çin ABŞ-in texnoloji sanksiyalarına baxmayaraq, öz yerli superkompüterlərini inkişaf etdirməyə davam edib. Sunway TaihuLight tamamilə Çin istehsalı olan SW26010 prosessorları ilə işləyir. Yəni ABŞ texnologiyasından asılı deyil. Qeyd etdiyimiz kimi Milky Way One -ın maksimum performansı 4.7 petaflop/s və ya saniyədə 4.7 kvadrilyon əməliyyat idisə, Sunway -ın performansı 1 exaflop/s (1000 petaflop) çatır, bu da saniyədə trilyonlarla əməliyyatın yerinə yetirilməsi deməkdir.

ABŞ-in Çinə qoyduğu çip embarqolarına baxmayaraq, Çin öz yarıkeçirici sənayesini gücləndirərək superkompüterlərdə tam müstəqilliyə çatmağa çalışır. 2030-cu illərdə kvant superkompüterlərin inkişafı gözlənilir.

2025-2030-cu illər Çin üçün çip istehsalında dönüş nöqtəsi olacaq. Yeni texnoloji soyuq müharibə artıq başlayıb və ən azı 20 il davam edəcək. Nəticədə, çip müharibəsi yeni dünya nizamının formalaşmasında həlledici amil olacaq. Çip texnologiyası yarışmasında kim qalib gəlsə, kimin ən qabaqcıl çipləri istehsal edə biləcəyini müəyyənləşdirəcək.Çip fabrikləri və ya məlum olduğu kimi tökmə zavodları tikmək çox bahalı bir işdir. Ən müasir avadanlıqlardan istifadə edərək yeni çip tökmə zavodunun açılması 25 milyard dollara başa gələ bilər.

Superkompüterlərin performans artımının insan həyatına və planetin gələcəyinə təsirləri də getdikcə genişlənəcək, daha əhatəli olacaq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR