İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirdi – Siyahıda Azərbaycan vətəndaşı da var

İsveçrə Avropa İttifaqının 18-ci sanksiyalar paketinə qismən qoşularaq Rusiyaya qarşı öz sanksiya siyahılarını genişləndirib.

Musavat.com xəbər verir ki, məlumat hökumətin mətbuat xidmətinin rəsmi saytında yerləşdirilib.

Məlumata görə, siyahıya 14 fiziki və 41 hüquqi şəxs, habelə üçüncü ölkələrin 105 mülki gəmisi daxil edilib. Bundan əlavə, 26 şirkətə ixrac nəzarəti ilə bağlı daha sərt məhdudiyyətlər tətbiq edilib.

Tədbirlər avqustun 12-də saat 23:00-da qüvvəyə minir.

“Mosfilm”in baş direktoru Karen Şaxnazarov, iş qadını Tatyana Litvinenko və bir sıra Çin, Hindistan, İran və Azərbaycan vətəndaşlarına qarşı şəxsi sanksiyalar tətbiq edilib.

Məhdudiyyətlərə məruz qalan hüquqi şəxslər arasında Moskva Xüsusi Avadanlıqlar Mexanika Zavodu, "Polimer" ASC, N. N. Trofimov adına NPO Stekloplastik, Yakutsk Yanacaq və Enerji Şirkəti PJSC, Ulyanovsk Maşınqayırma Zavodu MMC, "İjevsk Mexanika Zavodu" ASC və digər müəssisələr var. İsveçrənin sanksiya siyahısına Çin, Sinqapur, Hindistan, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin ayrı-ayrı şirkətləri də əlavə edilib.

Bundan əlavə, İsveçrə də Aİ-nin Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollardan 47,6 dollara endirilməsi təşəbbüsünə qoşulmaq qərarına gəlib. Bu tədbir 3 sentyabr 2025-ci il tarixindən qüvvəyə minir.

Bundan əlavə, İsveçrənin 18-ci sanksiyalar paketi çərçivəsində Aİ-nin müvafiq addımlarına bənzər Rusiyaya qarşı ticarət, maliyyə və enerji sahələrində bir sıra sektoral məhdudiyyətlərin tətbiqi imkanını nəzərdən keçirdiyi bildirilir, lakin bu məsələ ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR