İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Serbiya hökumətindəki dayaqları məhv edilir

Serbiyanın baş naziri Djuro Macut rusiyayönlü siyasətçiləri istefaya göndərməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı TASS "serb mənbə"yə istinadən yayıb.

Agentlik iddia edir ki, proses Qərbin təzyiqi ilə baş verir:

"Serbiyanın baş naziri Djuro Macut Qərbin təzyiqi altında gələn həftənin əvvəlində kabinetində dəyişiklik edərək baş qərargah rəisi və milli təhlükəsizlik üzrə müşaviri Miloş Andziç, xarici siyasət üzrə böyük müşaviri Aleksandra Nikoliç, Baş Qərargah rəisinin müavini Anu Yovançiç və baş məsləhətçi Bilyana Boqiçeviçi vəzifəsindən azad etməyi planlaşdırır".

Bildirilir ki, bu şəxslər "rusiyayönlü siyasətçilər hesab olunurlar və əvvəllər Serbiyanın keçmiş baş nazirinin müavini Aleksandr Vulinin kabinetində işləyiblər".

Agentliyin mənbəsi iddia edib ki, "Qərb bu addımıyla Serbiyanın Rusiya ilə əlaqələrini zəiflətməyə çalışır":  

"Bu şəxslər baş nazirin ofisinin istənilən hökumət qərarlarına, o cümlədən sanksiyalar və ya anti-Rusiya bəyannamələri ilə bağlı məsələlərə mane ola bilər. Beləliklə, bu insanlar kənarlaşdırılarsa, hökumətdə anti-Rusiya qərarlarının qəbuluna mane ola biləcək heç kim qalmayacaq".

Mənbə həmçinin iddia edib ki, "Serbiya prezidenti Aleksandr Vuçiç bu prosesdə iştirak etmir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR