Onlayn ictimai-siyasi qəzet
Qlobalistika mərkəzi "Strategiya XXI"-nin prezidenti Mixail Gonçar "RBC-Ukrayna"ya müsahibəsində bildirib ki, Rusiya hərbçilərinin Ukraynada SOCAR obyektlərinə zərbələri acizliyin qisasıdır.
Musavat.com xəbər verir ki, Gonçarın sözlərinə görə, Kremlin Cənubi Qafqazda birbaşa hərəkət etmək gücü və təsiri yoxdur və Türkiyə ilə münasibətləri pozmaq istəmir.
"Buna görə də o, kiçik hiyləgərliklərlə zərər verir",-deyə Mixail Gonçar bildirib.
Politoloq hesab edir ki, Rusiya hücumları Avropada Azərbaycan qazının payının artması və SOCAR-ın Ukrayna bazarına çıxması ilə bağlıdır.
Eyni zamanda Gonçar vurğulayıb ki, Azərbaycan hazırda güclü mövqedədir və onun energetika resurslarına maraq artmaqdadır, o cümlədən "Exxon Mobil" kimi böyük Amerika şirkətləri də bu sahəyə maraq göstərir.
Musavat.com
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ