İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı açıqlama

Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi vətəndaşlar Quliyev Məhəmməd və Abdullayeva Gültacın üzləşdiyi vəziyyətlə bağlı mətbuat məlumat yayıb.

Musavat.com-un xəbərinə görə, Azərbaycanın Fransadakı səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladı ilə birlikdə yaşadıqları Almaniya ərazisini tərk edərək Fransa ərazisi üzərindən Azərbaycana gedərkən üzləşdikləri vəziyyət barədə məlumat Səfirliyə daxil olan gündən Konsulluq bölməsinin əməkdaşları məsələ ilə məşğul olur.

Qeyd olunub ki, 7 iyul 2025-ci il tarixində Səfirliyin qaynar xəttinə edilmiş müraciət əsasında, Azərbaycan Respublikası vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladı üçün səfirlik tərəfindən qayıdış şəhadətnaməsi rəsmiləşdirilib.

6 avqust tarixində Fransa ərazisini tərk etmək istəyən ailə bu ölkənin sərhəd polisi tərəfindən saxlanılıb və övladları müvəqqəti sığınacaqda yerləşdirilib.

Fransa polisinin bu addımı, Almaniya məhkəməsinin uşaqların qəyyumluğunun valideynlərdən alınması qərarı ilə əsaslandırılıb.

Hazırda Fransada yerli hakim tərəfindən məsələyə baxılması və Almaniya məhkəməsinin qərarı ilə bağlı müəyyən nəticəyə gəlinməsi gözlənilir. Bu müddət ərzində valideynlər uşaqlar ilə görüş imkanı əldə ediblər.

AR-in Fransadakı Səfirliyi məsələ ilə bağlı Fransa tərəfinin müvafiq qurumları ilə görüşlər keçirir və müvafiq əlaqələndirməni təmin edir. Səfirlik, habelə AR-in Diaspor ilə İş üzrə Dövlət Komitəsi vətəndaşların Fransa ərazisində müvəqqəti qalması məsələsində onlara yardım göstərir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR