Onlayn ictimai-siyasi qəzet
Bakı şəhəri, Yasamal rayonunda fəaliyyət göstərən “Sakarya” Estetik Mərkəzi 20 min manat cərimələnib.
Musavat.com xəbər verir ki, buna səbəb estetik mərkəzdə lisenziyasız özəl tibb fəaliyyəti göstərilməsi olub.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi plandankənar yoxlama zamanı müəyyən edib ki, müəssisənin lisenziyası olmadan özəl tibbi praktiki fəaliyyətlə (dermatoloji və kosmetoloji) məşğul olub.
Mərkəzin lisenziya olmadan özəl praktik tibb fəaliyyəti ilə məşğul olması faktıyla bağlı İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilib və 20 min manat cərimələnib.
Musavat.com
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ