Onlayn ictimai-siyasi qəzet
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İranla ikitərəfli münasibətləri müzakirə etmək üçün Tehrana səfər edəcək.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edək ki, Ermənistan XİN-də İranla ikitərəfli münasibətlərə kuratorluq Vahan Kostanyan tərəfindən həyata keçirilir.
Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan səfərin təfərrüatlarını açıqlamayıb.
Bundan əvvəl İran xarici işlər naziri Abbas Əraqçi Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaları şərh edərkən İran, Ermənistan və Azərbaycan arasındakı münasibətlərin dəfələrlə müzakirə edildiyini bildirib.
Musavat.com
13 Avqust 2025
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ