İnsanlara hürriyət, millətlərə istiqlal!

Sankt-Peterburqda ƏMƏLİYYAT - Miqrantlar üçün saxta sənədlər hazırlayıblar

Rusiyanın Sankt-Peterburq şəhərində polis 350-dən çox Telegram kanalının administratoru olan 6 yerli sakini saxlayıb. Onlar qanunsuz miqrasiyanın təşkili və əcnəbilərin saxta qeydiyyata alınmasında ittiham olunur.

Musavat.com xəbər verir ki, istintaqın məlumatına görə, təxminən 2,5 il əvvəl şübhəlilər rusiyalıların “Gosuslugi” hesabları vasitəsilə miqrantlara real ünvanlar üzrə saxta qeydiyyat sənədləri hazırlayıblar.

Xidmətlərini yüzlərlə Telegram kanalında reklam edən qrup üzvləri, həmçinin potensial müştəriləri insanların sıx toplaşdığı yerlərdə cəlb ediblər. Saxta qeydiyyatın qiyməti 3000 rubl təşkil edib. Daxili İşlər Nazirliyinin hesablamalarına görə, onların ümumi gəliri 20 milyon rubla yaxın olub.

Hazırda saxlanılan şəxslər barəsində qanunsuz miqrasiya və əcnəbilərin saxta qeydiyyata alınması maddələri üzrə cinayət işi açılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR