İnsanlara hürriyət, millətlərə istiqlal!

Yermak Vaşinqton sammitindən yazdı

ABŞ lideri Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilən görüşü Cənubi Qafqazdakı siyasi proseslərə dair yeni mərhələ kimi təqdim olunur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, rusiyalı analitik Kristina Yermak bununla bağlı fikirlərini paylaşıb.

Onun sözlərinə görə, ABŞ tərəfi bu görüşü “tarixi” adlandırsa da, əsas məqam Bakı və İrəvanın Amerikanın vasitəçiliyi ilə əldə etdiyi razılaşmaların praktiki nəticələrinin nə qədər gerçəkləşəcəyidir.

“Prosesin əsas açarı Azərbaycanın irəli sürdüyü şərtlərdəndir. Xüsusən də Zəngəzur dəhlizi layihəsi və kommunikasiyaların real açılışı başa çatmadan, habelə konstitusiya dəyişikliyi, sərhədlərin delimitasiyası və demarkasiyası reallaşmadan sülh gündəliyinin tam icrası mümkün deyil.

Vaşinqton formatının uğuru yalnız sənəd imzalanması ilə ölçülməyəcək. Əsas məsələ tərəflərin imzalanan bəyannamələri yerinə yetirməkdə nə qədər iradə göstərəcəyidir. ABŞ-ın TRIPP layihəsi çərçivəsində regiondakı nəqliyyat–logistika əlaqələrini genişləndirməsi ehtimalı var. Ancaq Moskva və Tehran üçün Vaşinqtonun aktiv rolu “qırmızı xətt” hesab olunur və bu, bölgədə yeni gərginlik dalğası yarada bilər.

Hazırda Azərbaycan tərəfi geosiyasi sabitliyi qoruyaraq prosesin hərbi müstəviyə keçməsinin qarşısını alır. Lakin Bakının bu mövqeyi Ermənistanın daxili siyasi kursuna, eləcə də beynəlxalq oyunçuların səmimiyyətinə bağlı olaraq dəyişə bilər. Sülhün davamlı olub-olmayacağını isə gələcək proseslər müəyyən edəcək”, - deyə ekspert yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR