İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən Tovuzla bağlı SƏRƏNCAM - 1,5 milyon manat ayrıldı

Prezident İlham Əliyev Tovuz rayonunun Çatax kəndini Gədəbəy rayonunun Novosaratovka kəndi ilə birləşdirən Çatax-Çeşməli-Mollalar-Məşədivəlilər-Həsənli-Abbasqulular-Papaqçılar-Güvəndik-Lazılar-Novosaratovka avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Musavat.com bununla bağlı President.az-a istinadən xəbər verir.

Sərəncama əsasən, iyirmi bir min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Çatax-Çeşməli-Mollalar-Məşədivəlilər-Həsənli-Abbasqulular-Papaqçılar-Güvəndik-Lazılar-Novosaratovka avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyonmanatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR