İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda əti yeyilən heyvanların ixracı qadağan ediləcək

Qırğızıstan ölkədən iribuynuzlu mal-qara, at, qoyun və keçilərin ixracına müvəqqəti qadağa qoyulmasını təklif edib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, sərəncam layihəsi ictimai müzakirəyə çıxarılıb - onu respublikanın Su və Kənd Təsərrüfatı Nazirliyi hazırlayıb.

İdarədən səbəb kimi Aveasiya İqtisadi İttifaqı ölkələrində ətin qiymətinin qalxması, yem və baytarlıq preparatlarının bahalaşması, sanksiyalara görə ətin idxalının azalması, logistika xərclərinin artması, diri mal-qara ixracının həcminin artması və otun qiymətinin təxminən 30% bahalaşması göstərilib.
Məhdudiyyətlər altı ay davam edəcək. İstisnalar aşağıdakılar üçün nəzərdə tutulub:

Aİİ daxilində heyvanların təkrar ixracı, tranziti və daşınması;

Nazirliklərdən və baytarlıq xidmətindən ayrılmış kvota və ya icazə ilə məhsullar;

yarışlarda iştirak üçün göndərilən idman atları;

atlar xarici dövlətlərə və ya beynəlxalq təşkilatlara hədiyyə olaraq verildikdə - prezidentin və ya Nazirlər Kabinetinin qərarı ilə.

Hakimiyyət İqtisadiyyat Nazirliyini Avrasiya İqtisadi Komissiyasına və ÜTT-yə, Xarici İşlər Nazirliyinə isə MDB İcraiyyə Komitəsinə məlumat verməyi öhdəsinə götürüb. Gömrük və Sərhəd xidmətləri, Kənd Təsərrüfatı Nazirliyi qadağaya əməl olunmasına nəzarət edəcək və qanunsuz ixracın qarşısını alacaq.

Sənəd rəsmi dərc edildiyi gündən 7 gün sonra qüvvəyə minir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR