İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasətçidən ŞOK SÖZLƏR: Müharibə ilə bağlı yanlış mövqeyi müdafiə edən rejim...

“Lelo — Güclü Gürcüstan” partiyasının üzvü Qriqol Qeqeliya bəyan edib ki, 17 il əvvəl baş verən müharibə ilə bağlı yanlış mövqeyi müdafiə edən rejimin bu gün ölkəni idarə etməsi həm böyük faciə, həm də utancdır.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Şindisi Qəhrəmanları Memorialında çıxış edən Qeqeliyanın sözlərinə görə, hazırkı hakimiyyət müharibənin guya Gürcüstan tərəfindən başladığını iddia edir, ölkəni beynəlxalq təcridə sürükləyir və işğalçı dövlətin maraqlarının həm ölkə daxilində, həm də xaricdə qalib gəlməsi üçün çalışır.

O, gürcü xalqını mübarizəni davam etdirməyə çağıraraq bildirib ki, milli yaddaş və ləyaqətin bərpası vacibdir. Qeqeliyanın sözlərinə görə, Rusiyadan azadlıq uğrunda mübarizə Gürcüstan üçün həmişə şərəfli və tarixi bir missiya olub.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR