İnsanlara hürriyət, millətlərə istiqlal!

Elza 6 aylıq həbsini istəmişdi – Rozadan məhkəmə açıqlaması

Müğənni Roza Zərgərli Əməkdar artist Elza Seyidcahan ilə məhkəməsindən danışıb.

Roza Zərgərli Musavat.com-a açıqlamasında bildirib  ki, həmkarı həbsini istəsə də, o, sülh tərəfdarıdır:

“Məsələ haqqında hər şeyi bilirsiniz. Həyat qısadır. Hər kəsi bağışlamaq lazımdır. Kin-küdurət xeyir gətirməz”.

Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasındakı məhkəmə çəkişməsi başa çatıb.

Elza məhkəməyə müraciət edərək Roza Zərgərlinin cəzalandırılmasını istəmişdi.

Elza Seyidcahan xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və müğənni Roza Zərgərlinin onu təhqir etdiyini bildirib.

Roza Zərgərli haqqında iddia Cinayət Məcəlləsinin 148-ci (təhqir etmə) maddəsi üzrə Yasamal Rayon Məhkəməsi tərəfindən icraata götürülüb.

Elza Seydicahan deyib ki, Roza Zərgərli “təlxək”, “dəli”, “zay” ifadələri ilə onu təhqir edib. Seyidcahan Roza Zərgərlinin 6 ay müddətinə həbs edilməsini istəyib.

Roza Zərgərli isə müdafiə çıxışında deyib ki, qeyd edilən fikirlər təhqir sayıla bilməz.

Məhkəmə ekspertiza mərkəzinin rəyinə görə, qeyd edilən sözlər ədəbi dil hüdudlarını aşmır və nalayiq leksikaya aid olmadığı üçün “nalayiq” məzmunlu hesab edilmir.

Məhkəmə Roza Zərgərlinin Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinməsinə əsas görməyib. Onun barəsində bəraət hökmü çıxarılıb.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR