Onlayn ictimai-siyasi qəzet
Ermənistanın xaricdəki diplomatik dairələrinin bir qrupunu təmsil edən “Bütün erməni diplomatlar şurası” Vaşinqtonda 8 avqustda keçirilmiş Azərbaycan–Ermənistan–ABŞ sammitinin nəticələrinə dair bəyanat yayıb.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Sənəd açıq şəkildə revanşist və Azərbaycana qarşı qərəzli mövqeləri əks etdirir.
Bəyanatda iddia olunur ki, sammitin nəticələrinin “tarixi dönüş nöqtəsi” və “regionun açılması” kimi təqdim olunması “şişirdilmiş” və “aldadıcıdır”. Ermənistan hökuməti “xalqın iştirakı olmadan gizli sövdələşmələr aparmaqda” ittiham edilir.
Revanşist mövqedən çıxış edən şura ABŞ-ın təşəbbüsü olan TRIPP (“Trump Route for International Peace and Prosperity”) layihəsini “Ermənistanın strateji müstəqilliyi üçün təhdid” adlandırır və Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini nəzərdə tutan marşrutları “asimmetrik” və “Ermənistan üçün təhlükəli” kimi qələmə verir.
Bəyanatda, həmçinin, guya razılaşmanın “regionda yeni geosiyasi bölünmələr yaradacağı” və “Ermənistanın iqtisadi-siyasi zəifliyini artıracağı” iddia olunur. Sazişin ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması və kommunikasiyaların açılması ilə bağlı müddəaları da tənqid hədəfinə çevrilir.
Təşkilat Ermənistan hökumətini “razılaşmanın mahiyyətini xalqdan gizlətmək üçün təbliğat aparmaqda” ittiham edir, Azərbaycanla əldə olunan sülh sazişini isə “zorakı və ədalətsiz” adlandırır.
Bəyanatın sonunda Ermənistan daxilində və diasporada radikal qüvvələr, eləcə də beynəlxalq ictimaiyyət “Azərbaycanla sülh razılaşmasına inanmamağa” çağırılır.
Musavat.com
13 Avqust 2025
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ