İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün heç bir problem yoxdur"

Xəbər verildiyi kimi, avqustun 8-də Azərbaycanla Ermənistan arasında Vaşinqtonda paraflanmış sülh sazişinin mətni yayılıb. Azərbaycan XİN-nin yaydığı bu mətndən bir daha aydın görünür ki, Azərbaycan Prezidenti İlham Əliyev diplomatik masada növbəti tarixi, parlaq qələbəsini qazanıb.

"Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi olmasa da, paraflanmış sülh mətni və Birgə Bəyannamə sülhü özündə ehtiva edir".

Musavat.com xəbər verir ki, bu açıqlamanı politoloq Məhəmməd Əsədullazadə sosial media hesabında yazıb.

O, daha bir maraqlı məqama - Türkiyə-Ermənistan arasındakı sərhəd məsələsinə də toxunub:

"İki ölkə arasında siyasi əlaqələrin qurulması, Ermənistanda keçirilən seçkilərdən və Konstitusiya dəyişikliyindən sonra mümkün olacaq. Ermənistan siyasi müxalifəti revanşist mövqeyini davam etdirir. Onların fəaliyyəti siyasi əlaqələrin qurulmasına mane ola bilər. Azərbaycan Ermənistanda revanşist əhval-ruhiyyənin davam etməsinə görə bu ölkə ilə birbaşa deyil, Gürcüstandakı səfirimiz Ermənistanda səfir funksiyasını yerinə yetirə bilər. Həmçinin bundan sonra, Türkiyə -Ermənistan sərhədlərinin açılması üçün heç bir problem yoxdur".

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR