Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında yenidən bəyan edib ki, Ukrayna və Rusiya arasında mümkün sülh sazişi müəyyən “ərazi mübadiləsini” nəzərdə tuta bilər.
Musavat.com xəbər verir ki, Tramp Rusiyanın Ukraynanın “çox hissəsini işğal etdiyini və əsas əraziləri ələ keçirdiyini” bildirib: “Biz Ukraynaya həmin ərazilərin bir qismini qaytarmağa çalışacağıq, amma onlar artıq əhəmiyyətli əraziləri və sahil zonalarını tutublar. Sahil əraziləri həmişə ən dəyərli olur. Ukrayna əvvəllər təxminən min mil uzunluğunda sahil xəttinə sahib idi, indi isə bu itirilib. Kiçik bir zonanı — Odessanı çıxmaqla,” — deyə o vurğulayıb.
Tramp əlavə edib ki, bu “ərazi mübadiləsi” Ukraynanın maraqlarına xidmət edəcək, lakin həm müsbət, həm də mənfi tərəfləri olacaq: “Hər şey çox mürəkkəbdir, çünki döyüş xətləri qeyri-sabitdir və müəyyən mübadilə qaçılmaz görünür. Mən baxacam, şərtlər necə olacaq”.
Musavat.com
12 Avqust 2025
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ