İnsanlara hürriyət, millətlərə istiqlal!

Fon der Lyayen də Merzin Trampla təşkil etdiyi telekörpüyə qatılacaq

Avqustun 13-də Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Almaniya kansleri Fridrix Merzin Lyayen Rusiya-Amerika sammiti ərəfəsində təşkil etdiyi ABŞ prezidenti Donald Trampla Aİ liderlərinin telekonfransında iştirak edəcək.

Musavat.com xəbər verir ki, məlumatı AK mətbuat xidməti yayıb.

Bundan əvvəl Almaniya hökumətinin sözçüsü Stefan Kornelius avqustun 15-də gözlənilən Rusiya-ABŞ sammitindən əvvəl Almaniyanın avqustun 13-də Ukrayna ilə bağlı onlayn görüş təşkil edəcəyini bildirmişdi. Onun sözlərinə görə, bu məsləhətləşmələrin “müxtəlif raundlarında” Almaniya, Finlandiya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa, Ukraynanın dövlət və hökumət başçıları, Avropa Şurasının prezidenti və NATO-nun baş katibi də iştirak edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR