Onlayn ictimai-siyasi qəzet
Məşhur iş adamı və sənətçi Emin Ağalarov Özbəkistan mediasının ona qarşı səsləndirdiyi kəskin tənqidlərə münasibət bildirib. Söhbət, onun Çervak su anbarı sahilində Bakıdakı “Sea Breeze” kompleksinə bənzər layihəsinin inşasından gedir.
Musavat.com xəbər verir ki, Özbəkistan ictimaiyyəti və yerli media – xüsusən də rusdilli, böyük ehtimalla Rusiya təsirinə məruz qalan mətbuat orqanları – layihənin ətraf mühitə mənfi təsir göstərə biləcəyini iddia edərək Ağalarovu hədəf alıblar. Onlar su anbarının ekologiyasının zərər görə biləcəyini, kanalizasiya və su təchizatı problemlərinin yarana biləcəyini, həmçinin layihənin yerli əhali üçün əlçatan olub-olmayacağını sual edirlər.
Emin Ağalarov isə bu narahatlıqlara cavab olaraq Özbəkistandan gələn jurnalistlərə geniş müsahibə verib. O, layihənin ekologiyaya zərər verməyəcəyini, yerli sakinlər üçün də faydalı olacağını və bütün mühəndis-kommunikasiya məsələlərinin nəzərə alınacağını bildirib.
Qeyd edək ki, Ağalarovun Çervakdakı layihəsi hələ tikinti mərhələsində olsa da, artıq ölkə mediasında ciddi müzakirə mövzusuna çevrilib. Emin Ağalarovun həmin müsahibəsinin giriş hissəsini Musavat.com olaraq oxucularımıza təqdim edirik.
Davamı olacaq.
Musavat.com
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ