Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Vladimir Zelenski Putin Ukraynada atəşkəsə hazırlaşmır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski kəşfiyyat məlumatları əsasında danışıb.
“Putin yalnız ABŞ lideri ilə görüşü öz şəxsi qələbəsi kimi təqdim etməyə və sonra əvvəlki kimi hərəkət etməyə, Ukraynaya əvvəlki kimi təzyiq göstərməyə yönəlib. Rusiyalıların müharibədən sonrakı vəziyyətə hazırlaşmaq üçün siqnallar aldığına dair heç bir əlamət yoxdur”, – deyə o, UNIAN-a bildirib.
O əlavə edib ki, ruslar öz qoşun və qüvvələrini elə şəkildə yerləşdirirlər ki, “yeni hücum əməliyyatlarına başlaya bilsinlər”.
“Əgər kimsə sülhə hazırlaşırsa, bunu etmir. Biz döyüş meydanında, diplomatiyada və Rusiyanın gələcək fəaliyyət planlarında real vəziyyət barədə tərəfdaşlarımızı məlumatlandırmağa davam edirik”, – deyə Zelenski əlavə edib.
Musavat.com
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ