İnsanlara hürriyət, millətlərə istiqlal!

Bilgəhdə dənizdə batan gəncin meyiti TAPILDI

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb.

Bu barədə Musavat.com-a Fövqalədə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, 10 avqust 2025-ci il tarixində FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.

Dalğıc-xilasedicilər tərəfindən 2006-cı il təvəllüdlü Cavid İlqar oğlu Tapdıqovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR