Onlayn ictimai-siyasi qəzet
Avropanın müdafiə müəssisələri Ukrayna müharibəsindən əvvəlki dövrlə müqayisədə 3 dəfə daha sürətlə genişlənir. Sənaye sahələri artıq 7 milyon kvadratmetr həddini keçib.
Musavat.com xəbər verir ki, Financial Times qəzetinin peyk görüntülərinə əsaslanan təhlilinə görə, 2020–2021-ci illərdə hərbi-sənaye sahələrinin illik artımı 790 min kv. m təşkil edirdisə, 2024–2025-ci illərdə bu rəqəm 2,8 milyon kv. m-ə çatıb.
Bu artım Avropa İttifaqının güclü maliyyə dəstəyi, xüsusilə də ASAP proqramı (€500 milyon) hesabına mümkün olub. Gözlənilir ki, 2024-cü ilin sonuna qədər Avropada sursat istehsalı 300 mindən 2 milyona yüksələcək ki, bu da 7 dəfə artım deməkdir.
Musavat.com
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ