Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Ermənistan arasında Vaşinqtonda bağlanmış sülh sazişi Rusiyanın Cənubi Qafqazdakı siyasətinin iflasıdır. Rusiya regionda nüfuzunu itirib, günahkarlar isə cəzasız qalır. Səhvləri etiraf etmək və böyük dövlət statusunu “bərpa etmək” vaxtıdır.
Musavat.com xəbər verir ki, bunu Rusiyanın milli siyasətinin memarlarından sayılan avrasiyaçı alim Aleksandr Duqin deyib.
Onun sözlərinə görə, bu müqavilə Rusiyanın gücsüzlüyünün sübutudur: "Biz artıq postsovet məkanına da nəzarət etmirik. Əgər burada bizə hörmət edilməsə, dünya səhnəsində bizimlə kim hesablaşacaq? Bu, sadəcə olaraq məğlubiyyət deyil, hər bir rusun üzünə vurulan şillədir.
Paşinyanı və İlham Əliyevi günahlandırmaqla özünüzə haqq qazandıra bilməzsiniz. Etiraf etməliyik ki, biz uduzduq, çünki danışıqları düzgün adamlara həvalə etmədik. Əgər bunu alçaldıcı hal kimi qəbul etməsək, suveren sivilizasiya olmaqdan çıxacağıq.
Günahkar cavab verməlidir. Ya biz öz maraqlarını müdafiə etməyə qadir olan imperiyayıq, ya da "müttəfiqlərimizin" bizə xəyanəti ilə barışmalıyıq. Ədalət olmasa, gələcəyimiz də yoxdur".
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçirilən tarixi görüşlə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla uzun illər davam edən münaqişə və itkilərdən sonra sülh imzalamaq onun üçün böyük şərəfdir.
“Onlar iki möhtəşəm insan və böyük liderdirlər. İndi isə mənim yaxşı dostlarım oldular!”, - deyə Tramp vurğulayıb.
TVMusavat-ın bu gün saat 11:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Əli Mustafa ilə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ