İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna xüsusi xidmət orqanlarının agenti SAXLANILDI – Yüksək vəzifəli hərbçini qətlə yetirməyi planlaşdırırdı

Ukrayna xüsusi xidmət orqanlarının agenti saxlanılıb.

Musavat.com xəbər verir ki, FSB-dən verilən məlumata görə, şübhəli Podmoskovye ərazisində terror aktı hazırlayırdı. O, özəl partlayıcı qurğunu (SPQ) toplayaraq avtomobilə gizlədib, həmin maşını isə kuratorlarının vəsaiti ilə alıb.

Şübhəli 60 kiloqramdan artıq partlayıcı yükü müəyyən olunmuş ərazidə park etməli və rusiyalı yüksək rütbəli hərbçinin yaxınlığından keçərkən SPQ-nu işə salmalı idi.

Bildirilib ki, həmin şəxs M4 magistral yolunda saxlanılıb. O, cinayətin planlaşdırıldığı yerə gedirmiş. Saxlanılan şəxs dindirilmə zamanı bütün bunları özü etiraf edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR