İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda deputatlar çoxarvadlılığa görə cinayət məsuliyyətini ləğv etmək istəyiblər

Qırğızıstan parlamentinin (Joqorku Keneş) deputatları ikiarvadlılığa və çoxarvadlılığa görə cəza nəzərdə tutan 176-cı maddəni Cinayət Məcəlləsindən istisna edən qanun layihəsini ictimai müzakirəsiz qəbul ediblər.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, prezident Sadır Japarov sənədi etirazla geri qaytarıb.
Qanun layihəsinin təşəbbüskarları deputatlar Nurlan Azıqaliyev və Mederbek Sakkarayev olub, sənəd 2025-ci il iyunun 25-də parlament tərəfindən ictimai müzakirəsiz təsdiq edilib.

Qeyd olunur ki, bu, yalnız prezident Sadır Japarovun sənədə etriaz edərək geri qaytarmasından sonra məlum olub.

Dövlət başçısı öz mövqeyini Ombudsmanın, Baş Prokurorluğun, Dini Qurumlarla İş üzrə Milli Agentliyin, Milli Elmlər Akademiyasının, Ədliyyə Nazirliyinin və Konstitusiya Məhkəməsinin rəyləri ilə əsaslandırıb.
Etirazlar göstərir ki, ikiarvadlılığa və çoxarvadlılığa görə cinayət məsuliyyəti Qırğızıstanın beynəlxalq öhdəliklərinə, o cümlədən Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiyaya və Uşaq Hüquqları Konvensiyasına uyğundur.

Prezident Administrasiyasının hesabatında bildirilir ki, çoxarvadlılığa görə cinayət məsuliyyətinin nəzərdə tutulması qadınları və uşaqları hüquqi və sosial bərabərsizlikdən qoruyur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR