İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin pilotsuz uçuş aparatı Yaponiyada GÖRÜNDÜ

Musavat.com xəbər verir ki, İsrail istehsalı olan “Heron Mk II” kəşfiyyat pilotsuz uçuş aparatı (BLA) Yaponiyanın Sirahama hava limanında “Kawasaki Heavy Industries” (KHI) aviasiya şirkəti tərəfindən sınaqdan keçirilib.

Məlumata görə, KHI bu prosesdə mühüm rol oynayıb və sınaqlar yalnız uçuş yoxlamaları ilə məhdudlaşmaya bilər.

Müşahidəçilər bildirirlər ki, “Kawasaki”nin iştirakı sistem inteqrasiyası, əməliyyat sınaqları və Yaponiyanın müdafiə ehtiyaclarına uyğunlaşdırılmış yerli variantın inkişafını da əhatə edə bilər. 

fa662758-65c1-42bc-93fe-a17ca84a8c42.jpeg (76 KB)

Sosial şəbəkələrdə yayılan fotoda 4X-NBB qeydiyyat nömrəli BLA görünür. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR