Onlayn ictimai-siyasi qəzet
Azərbaycana qarşı düşmən mövqeyi ilə tanınan revanşist siyasətçi Vahe Ovannisyan sosial şəbəkədə paylaşdığı fikirlərində Ermənistanın hazırkı vəziyyətini tənqid edib.
Musavat.com-un xəbərinə görə, “Alternativ layihələr” qrupunun üzvü olan Ovannisyan bildirib ki, ölkə demoralizə olunmuş cəmiyyətin və düşüncəsiz elitanın sığınacağına çevrilib.
“Biz özümüz etiraf etməsək ki, son faciələrimizin əsas səbəbkarı məhz ermənilərin özləridir, heç nə dəyişməyəcək. Bu, türklərin və potensial müttəfiqlərin də yaxşı bildiyi, fəal şəkildə istifadə etdiyi çox ciddi problemdir. Eyni dərəcədə ciddi məsələ isə formal elitaların tükənməsidir. Yeganə çıxış yolu elitalarda ciddi dəyişikliklərin baş verməsidir”, - o deyib.
Qeyd edək ki, Vahe Ovannisyan qatı anti-Paşinyan mövqeyi ilə tanınır və əksər yazılarında onun devrilməsinə çağırır.
Musavat.com
15 Avqust 2025
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ