İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış bankir 1 milyard dollarlıq pul kisəsini İTİRDİ - HAVALANDI

Estoniyanın tanınmış maliyyəçisi, LHV Bank-ın həmtəsisçisi Rein Loxmus şəxsi kripto pul kisəsinin açarını itirdiyi üçün hazırda dəyəri təxminən 1,15 milyard dollar olan "Ethereum" aktivlərinə çıxışını itirib.

Musavat.com xəbər verir ki, məlumata görə, Loxmus 2015-ci ildə "Ethereum" kriptovalyutasına 75 min dollar sərmayə qoyub.

Həmin vaxt ETH-in qiyməti təxminən 0,30 dollar idi və bankir bu məbləğə 250 min ədəd ETH alıb.

Hazırkı bazar dəyəri

Bu gün "Ethereum"un qiyməti təxminən 4 600 dollar civarındadır. Beləliklə, Loxmusun 2015-ci ildə aldığı 250 min ETH-in ümumi dəyəri hazırda 1 milyard dollardan çox təşkil edir.

Beynəlxalq maliyyə institutlarının proqnozlarına görə, ETH-in qiyməti 2025-ci ilin sonuna qədər 7 500 dollara çata bilər. Bu halda Loxmusun itirdiyi kripto aktivlərin bazar dəyəri 1,875 milyard dollar olacaq. 2028-ci ildə isə 25 000 dollarlıq proqnoz reallaşarsa, bu rəqəm 6,25 milyard dollara qədər yüksələ bilər.

Loxmusun açıqlamasına görə, o, "Ethereum"un saxlandığı pul kisəsinin (wallet) giriş açarını itirib və texniki baxımdan bu açar bərpa olunmadığı üçün vəsaitlərə çıxış mümkün deyil.

İddialara görə, bankir son zamanlar havalanmış durumdadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR