İnsanlara hürriyət, millətlərə istiqlal!

2 yaşlı körpəni həyatda saxlayaq!

2 yaşlı Hira Abbasova 1 il 1 aydır ki, kəskin limfoblast leykozdan (qan xərçəngi) əziyyət çəkir. Körpə 2024-cü ilin 9 iyul tarixindən üzü bəri 5 mərhələli ümumi müalicə kursundan, o cümlədən ağır kimyaterapiyalardan keçsə də xəstəlikdən sağalmayıb.

Musavat.com xəbər verir ki, Hiranın müalicə həkimi vəziyyətin gedişatını nəzərə alaraq təcili ilik transplantasiyasına göstəriş verib. Azərbaycanda uyğun donor tapılmadığından əməliyyat Türkiyədə aparılmalıdır. Sevindirici xəbər odur ki, Türkiyədə Hira üçün uyğun donor artıq müəyyən edilib.

Lakin əməliyyatın qiyməti çox yüksəkdir – 140 min ABŞ dolları. Ailə bu məbləği qarşılayacaq imkanlara sahib olmadığı üçün ictimaiyyətə, imkanlı və mərhəmətli insanlara müraciət edir. 2 yaşlı körpənin həyatda qalması və normal həyatına davam edə bilməsi üçün yardıma ehtiyacı var.

Maddi dəstək göstərmək istəyənlər aşağıdakı hesab nömrələrinə müraciət edə bilərlər:

LeoBank – 5411 2498 0465 8297

KapitalBank – 4169 7388 2990 3271

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR