Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Dobropolyə yaxınlığında Ukrayna müdafiə xəttini təxminən 10 kilometr dərinlikdə yarıb.
Ukraynalı könüllü Sergey Sternenkonun məlumatına görə, Dobropolyə–Kramatorsk yolu artıq kəsilib və Novovodyane ərazisi Rusiya ordusunun nəzarətinə keçib.
Ukrayna mənbələri Rusiya diversiya-kəşfiyyat qruplarının Dobropolyenin içində mövcud olduğunu bildirir. Bu irəliləyiş, Ukrayna Silahlı Qüvvələrinin Kramatorsk–Kostyantinovka istiqamətindəki bütün qruplaşmasının arxasına keçid imkanı yaradır.
Vəziyyətin kritik həddə çatdığı vurğulanır və bölgədə döyüşlərin şiddəti artmaqdadır.
Musavat.com
12 Avqust 2025
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ