İnsanlara hürriyət, millətlərə istiqlal!

Latviya prezidenti: “Rusiyanın imzası kağız üzərindədir”

Latviya prezidenti Edqars Rinkeviç Rusiyanın beynəlxalq müqavilələrə münasibətdə etibarsız olduğunu vurğulayıb.

Musavat.com “Qordon media”ya istinadən xəbər verir ki, dövlət başçısı “X” sosial şəbəkəsindəki paylaşımında 105 il əvvəl Latviya ilə sovet Rusiyası arasında imzalanmış sülh müqaviləsini xatırladıb.

Onun sözlərinə görə, həmin sənəd Latviyanın müstəqilliyi və suverenliyini təsdiqləyirdi. Lakin cəmi 20 il sonra Kreml bu müqaviləni kobud şəkildə pozaraq Latviyanı işğal edib.

“Müqavilə bu gün də qüvvədə və aktualdır, amma unutmaq olmaz ki, Rusiyanın hüquqi reputasiyası çox pisdir”, - deyə Rinkeviç bildirib.

Prezidentin bu bəyanatı Latviya ictimaiyyətinə və beynəlxalq arenaya Rusiyanın tarix boyu sülh sazişlərini pozması barədə xəbərdarlıq kimi qiymətləndirilir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR