Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai deyib.
O, bildirib ki, Cənubi Qafqaz İran üçün geosiyasi, iqtisadi və qonşuluq münasibətləri baxımından böyük əhəmiyyət kəsb edir. Buna görə də İran bölgədə vəziyyəti formalaşdıra və ya təsir edə biləcək proseslərə yaxından diqqət yetirir: "İran həm Azərbaycan, həm də Ermənistanla sıx əlaqələri dəstəkləyir. Bu gün Ermənistanın Baş naziri ölkə prezidenti ilə son hadisələri müzakirə etmək üçün görüş keçirəcək. İran xarici qüvvələrin bölgəyə müdaxiləsinə qəti etiraz edir və bunu sabitliyə təhdid hesab edir. Tehran mövqeyini açıq şəkildə ifadə edib və gələcək danışıqlarda da erməni tərəfi ilə bu mövzuda dialoqu davam etdirəcək."
Musavat.com
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ