İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın ən qatı tərəfdarı da ərazi mübadiləsindən danışdı

Ukrayna rusları bütün ərazisindən çıxara bilməyəcək, lakin Rusiya da yeni əhəmiyyətli əraziləri ələ keçirməyə qadir deyil. Musavat.com xəbər verir ki, bunu NBC News telekanalına müsahibəsində respublikaçı senator Lindsi Qrem deyib. Onun sözlərinə görə, bu səbəbdən də sülh sazişi qarşılıqlı ərazi güzəştlərinin müəyyən formatını təmin edəcək.

Beləliklə, senator Donald Trampın sülh sazişinin Rusiya və Ukraynanın nəzarətində olan ərazilərin mübadiləsinin müəyyən formatını nəzərdə tutacağı ilə bağlı son bəyanatını mahiyyətcə təsdiqləyib: "Mən sizinlə səmimi olmaq istəyirəm, Ukrayna bütün ruslar bütün ərazisindən qova bilməyəcək, Rusiya isə Kiyevə çatmayacaq. Ona görə də sonda müəyyən qədər torpaq mübadiləsi olacaq".

O, həmçinin İkinci Dünya Müharibəsindən sonra hətta Berlin şəhərinin 30 ildən çox bölünmüş vəziyyətdə mövcud olduğu Almaniyanın bölünməsi tarixini nümunə gətirib. Jurnalist Qremə 2023-cü ildəki öz bəyanatını xatırladıb. Həmin bəyanatda senator bildirib ki, işğalçıya ərazi verməklə müharibələrə son qoymaq olmaz, Ukraynada Rusiyaya güzəştlər Kremli yeni müharibələrə, o cümlədən NATO-ya qarşı ruhlandıracaq. Qrem isə cavab verib ki, Ukraynaya hərbi yardımın davam etdirilməsi Avropada sülhə zəmanət verəcək, çünki belə bir ssenaridə “Rusiyanı Avropa qitəsinin ən öldürücü ordusu, yəni Ukrayna çəkindirəcək”. Onun sözlərinə görə, təhlükəsizlik təminatları həm də ondan ibarət olmalıdır ki, Ukraynanı yenidən işğal edən ruslar təkcə Ukrayna ordusu ilə deyil, həm də “orada Avropa qüvvələri ilə” qarşılaşacaqlar. Bundan əlavə, Qrem əmindir ki, Kiyev və Vaşinqton arasında “minerallar sazişi” həm də hansısa şəkildə Ukraynanın təhlükəsizliyinə təminat verəcək, çünki “prezident Tramp bu maraqları qoruyacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR