Onlayn ictimai-siyasi qəzet
ABŞ Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya rəhbəri Vladimir Putin arasında görüş təşkil etməyə çalışır. Musavat.com xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens Fox News telekanalında deyib.
Onun sözlərinəm görə, “Birləşmiş Ştatlar görüşüb müharibənin dayandırılmasını müzakirə edə biləcəkləri vaxta dair razılığa gəlmək prosesindədir: “Biz indi Zelenski, Tramp və Putinin oturub Ukraynada müharibənin dayandırılmasını müzakirə etmələrini planlaşdırdığımız mərhələdəyik”.
Vens ABŞ prezidenti Donald Trampın administrasiyasının Ukrayna və Zelenski ilə dialoqu dəstəklədiyinə aydınlıq gətirib və ABŞ-ın hazırkı təmas xətti boyunca Ukraynadakı müharibəni bitirməyə çalışdığını vurğulayıb: "Biz həm ukraynalıların, həm də rusların yaşaya biləcəyi razılaşdırılmış həll yolunu tapmağa çalışacağıq".
Bundan əlavə, vitse-prezident bildirib ki, ABŞ Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini azaldacaq, çünki onlar sülh yolu ilə nizamlanmaya nail olmaq istəyirlər.
Musavat.com
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ