Onlayn ictimai-siyasi qəzet
Sındırgı bələdiyyə sədri Serkan Sak CNN TÜRK-ə açıqlamasında bölgədə 10-dan çox binaya zərər dəydiyini bildirib.
Serkan Sak qeyd edib ki, bir neçə gündür zəif zəlzələlər baş verirdi və bu dəfə güclü silkələnmə oldu. "Fəlakət zonasında bir neçə bina çöküb, 10-dan çox binaya ziyan dəyib. Dəqiq say məlum deyil".
O əlavə edib ki, rayon mərkəzində 6 nəfərin yaşadığı bina çöküb, 4 nəfər dağıntılar altından çıxarılıb. Xilasetmə işləri davam edir, əraziyə baxış keçirilir.
****
Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində bir sıra binalar dağılıb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Zərərçəkən binaların görüntüləri yerli mediada yayılıb. Dağıntıların altında insanların qalıb- qalmaması barədə hələ məlumat yoxdur.
Qeyd edək ki, təbiət hadisəsi Sındırğı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Qeyd edilir ki, təbii hadisələr 4.6 və 4.3 maqnitudada qeydə alınıb.
****
Türkiyənin Balıkəsir bölgəsində 6.1 bal gücündə zəlzələlə baş verib.
Musavat.com xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi Sındırqı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
@@TVmusavat/123884@@
Musavat.com
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ