İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə 6,1 ballıq zəlzələ: Bölgədə son vəziyyət

10 avqust 2025-ci il, saat 19:53-də Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda 6,1 maqnitudalı güclü zəlzələ baş verib. AFAD-ın verdiyi rəsmi məlumata görə, zəlzələ Manisa, İzmir, Uşak, Bursa və İstanbul da daxil olmaqla 11 vilayətdə hiss olunub.

Musavat.com xəbər verir ki, Zəlzələnin təsiri altında bölgədə 10-dan çox bina dağılıb, dağıntılar altında qalan altı nəfərdən beşi xilas edilib, bir nəfərin axtarışı isə davam edir. Sındırğı bələdiyyəsinin məlumatına əsasən, dağıntılarla əlaqədar 24-dən çox zərər barədə məlumat daxil olub. Hadisə yerinə 319 xilasedici və 79 texnika cəlb olunub, həmçinin 10-dan çox vilayətdən əlavə yardım personalı və texnikası bölgəyə göndərilib.

İçişləri naziri Ali Yerlikaya və AFAD rəhbəri Ali Hamza Pehlivan hadisə yerinə səfər edib, xilasetmə işlərini şəxsən koordinasiya edirlər. Nazirliklər və aidiyyəti qurumlar “Türkiyə Afet Müdahale Planı” çərçivəsində genişmiqyaslı əməliyyatlar həyata keçirir.

Balıkesir Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Akın son açıqlamasında hazırda itki barədə məlumat olmadığını, ancaq zəlzələnin müəyyən sayda binalara zərər vurduğunu qeyd edib. O, bütün aidiyyəti qurumların koordinasiyalı şəkildə fəaliyyət göstərdiyini vurğulayaraq vətəndaşlara səbir və həmrəylik çağırışı edib. 

İstanbulda da zəlzələ hiss olunub, əhalinin bir qismi ehtiyat tədbiri olaraq küçələrə çıxıb. İstanbul Valiliyi hadisənin ciddi fəsadlara səbəb olmadığını və bölgədə tarama işlərinin davam etdiyini açıqlayıb.

Səhiyyə naziri Kemal Memişoğlu zəlzələ nəticəsində dörd nəfərin yaralandığını, onların vəziyyətinin stabil olduğunu və müalicələrinin davam etdiyini bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan sosial media üzərindən zəlzələdən təsirlənən bütün vətəndaşlara keçmiş olsun diləklərini çatdırıb və dövlətin hadisə ilə bağlı bütün tədbirləri gördüyünü vurğulayıb. O, Türkiyənin bu cür təbii fəlakətlər qarşısında birliyini və gücünü bir daha göstərdiyini söyləyib. 

Hadisə ilə bağlı axtarış-xilasetmə və bərpa işləri sürətlə davam edir. Rəsmi qurumlar vətəndaşları təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyə, dağıntı sahələrindən uzaq durmağa və rəsmi məlumatları diqqətlə izləməyə çağırır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

10 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR