Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı həyata keçirib.
Danışıqlar zamanı Qəzza sektorunda HƏMAS-ın dayaq məntəqələrinin ələ keçirilməsi planları, müharibənin sona çatdırılması, girovların azad edilməsi və HƏMAS-ın tamamilə zərərsizləşdirilməsi mövzuları müzakirə olunub.
Netanyahu-nun ofisindən verilən açıqlamada iki liderin regiondakı vəziyyətlə bağlı koordinasiyanı davam etdirməyə hazır olduqları vurğulanıb.
Musavat.com
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ