Onlayn ictimai-siyasi qəzet
Avqustun 11-də İran hakimiyyəti Beynəlxalq Atom Enerjisi Təşkilatının (MAQATE) baş direktorunun müavini ilə mümkün əməkdaşlığın miqyasını müzakirə edəcək.
Musavat.com xəbər verir ki, məlumatı ölkənin xarici işlər naziri Abbas Əraqçi açıqlayıb: “Avqustun 11-də əməkdaşlığın miqyasını müəyyən etmək üçün MAQATE ilə danışıqlar aparılacaq. MAQATE-nin baş direktoru Rafael Qrossinin müavini Tehrana gələcək”.
Mehr Agentliyinin məlumatına görə, nazir bildirib ki, tərəflər razılığa gələnə qədər İranın nüvə obyektlərində yoxlamalar planlaşdırılmır.
Musavat.com
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ