İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvan “dişinə qədər” silahlanır

Tayvan əvvəllər aldığı 29 ədəd HIMARS çoxlu buraxılış raket sistemlərinə (MLRS) əlavə olaraq ABŞ-dan 28 belə sistem daha almağı planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı “Taipei Times” qəzeti mənbələrə istinadən yayıb.

Beləliklə, bütün satınalmalar tamamlandıqdan və ABŞ-dan çatdırıldıqdan sonra Tayvanda 57 HIMARS dəsti olacaq. Bu MLRS-lər ya altı 227 mm çaplı raketdən ibarət blok, ya da 300 km-ə qədər uçuş məsafəsinə malik bir taktiki raket sistemi (ATACMS) ilə təchiz oluna bilər. Əvvəllər Tayvan ABŞ-dan 29 HIMARS buraxılış qurğusu sifariş edib və ilk 11-ni 2024-cü ildə alıb. Bu ilin may ayında adanın 58-ci Artilleriya Komandanlığı HIMARS-dan istifadə edərək ilk canlı atəşi həyata keçirib.

Bundan əlavə, mənbələrin qəzetə verdiyi məlumata görə, adanın Müdafiə Nazirliyi ABŞ-dan əlavə doqquz təkmil NASAMS hava hücumundan müdafiə raket sistemi almaq imkanını da nəzərdən keçirir. Bu mobil hava hücumundan müdafiə raket sistemi Norveçin Kongsberg Defense & Aerospace şirkəti tərəfindən Amerikanın Raytheon şirkəti ilə birgə hazırlanıb. Tayvan və ABŞ daha əvvəl Taypeyə üç NASAMS dəsti almaq üçün müqavilə imzalamışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR