İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan daha bir TƏXRİBATÇI AÇIQLAMA: “Zəngəzur dəhlizi sülh yox, müharibə dəhlizidir”

İran parlamentinin sədr müavini Əli Nikzad Zəngəzur dəhlizi planını tənqid edərək bildirib ki, bu layihə sülh üçün deyil, müharibə məqsədi ilə nəzərdə tutulub. O, ABŞ prezidentinin 13 min kilometr uzaqdan bölgənin işlərinə müdaxiləsini və burada hərbi şirkətlərin yerləşdirilməsini sual altına alıb, tərəfləri əvvəlki razılaşmalara əməl etməyə çağırıb.

Musavat.com-un Fars News-a istinadən məlumatına görə, Zəngəzur dəhlizi 2027-ci ilə qədər tərəfdaş ölkələrə ildə 50–100 milyard dollar ticarət gəliri gətirəcək. Ermənistan və Azərbaycan liderləri Ağ Evdə bu barədə birgə bəyanat imzalayıblar.

Qeyd olunub ki, ABŞ bu dəhlizi beynəlxalq sülh və firavanlığa aparan yol kimi təqdim edir. Ermənistan isə Amerikaya Zəngəzur dəhlizindəki torpaqlardan 99 illik eksklüziv istifadə hüququ verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR