İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarədən atılan yardım zənbili Qəzzada insanların üstünə düşdü, dəhşətli anlar kamerada - VİDEO

Fələstinli jurnalist Ənəs əl-Şərif Qəzza Sərhəd Zolağında baş verən dəhşətli hadisəni əks etdirən görüntülər yayıb.

Musavat.com xəbər verir ki, videoda havadan atılan bir insani yardım sandığının izdiham içindəki bir neçə nəfərin üzərinə düşdüyü anlar açıq şəkildə görünür.

Şahidlərin sözlərinə görə, insanlar aclıq və ehtiyac içində yardıma doğru qaçarkən, qəfil göydən enən ağır sandıq onların üstünə çırpılıb. Qışqırıqlar, toz buludu və panika içindəki izdiham kadrlara əks olunub.

Ənəs əl-Şərif sosial şəbəkədə paylaşımında sərt ifadələrlə bildirib:

“Bu insani yardım deyil, Qəzza xalqını öldürməyin yeni yoludur!”

Hadisə, müharibə şəraitində yaşayan və gündəlik qida çatışmazlığı ilə mübarizə aparan Qəzza sakinləri üçün əlavə bir faciə kimi qiymətləndirilir. Yerli mənbələr ölən və yaralananların olduğunu təsdiqləsə də, dəqiq say hələlik açıqlanmayıb.

Bu hadisə beynəlxalq ictimaiyyətdə insani yardım əməliyyatlarının təhlükəsizliyi və məqsədi barədə ciddi suallar doğurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR