Onlayn ictimai-siyasi qəzet
Türk musiqisinin əfsanəvi adlarından olan Ajda Pekkan Bodrumun Yalıkavak bölgəsində yerləşən bir məkanda pərəstişkarları ilə görüşüb.
Musavat.com xəbər verir ki, 79 yaşlı “Superstar” ləqəbli sənətçi Yalıkavak konsertində çəkilmiş fotoları sosial media hesabında paylaşaraq yazıb:
“Yalıkavak… Nə möhtəşəm bir gecə idi! Enerjiniz, sevginiz və o gözəl alqışlarınızla səhnəyə həyat verdiniz. Hamınıza böyük təşəkkürlər…”
Ajda Pekkanın yeni imici isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musavat.com
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ